Teatr bayramı yekunlaşdı

Teatr bayramı yekunlaşdı
  19 İyun 2023    Oxunub:1732
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə 13-17 iyun tarixlərini əhatə edən “Kukla teatrları həftəsi” uğurla başa çatıb.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ideyanın reallaşmasına dəstək olan Mədəniyyət Nazirliyinə, iştirakçı teatrlara və tamaşaçılara təşəkkürünü bildirib.
Yeni yaradıcılıq əlaqələrinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və bölgədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılığının diqqət mərkəzinə gətirilməsi məramlı bu ilk ideyanın qarşıdakı illərdə ənənə halını alacağına inamını da ifadə edib. Bildirib ki, növbəti mərhələdə layihənin beynəlxalq miqyasa çıxması üçün başqa ölkələrdən mütəxəssislər ilə yanaşı teatrların da dəvət olunacaq.



Mərasimdə çıxış edən qonaq teatrların rəhbərləri – Salyan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzər Hüseynova, Qax Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov tədbirdə iştirakdan məmnunluqlarını ifadə etdilər, bu kimi görüşlərin teatrların yaradıcılıq potensialının nümayişi və müqayisələr üçün önəm kəsb etdiyini deyiblər.

Tədbir proqrama uyğun olaraq ev sahibi teatrın təqdimatında “Qar kraliçası” tamaşası (A. Məmmədov) ilə davam edib. Ardınca teatrın nəzdindəki “Oyuq” teatr-studiyası təmsilçilərinin ifasında rəngarəng mahnılar səsləndirilib.




AzVision.az


Teqlər: teatr  





Xəbər lenti