Zəlimxan Yaqub: “Müayinələrim yaxşı çıxıb”

Zəlimxan Yaqub: “Müayinələrim yaxşı çıxıb”
  12 Aprel 2013    Oxunub:1515
Xalq şairi müayinə üçün Almaniyaya gedib
Səhhəti ilə bağlı Almaniyaya gedən Xalq şairi Zəlimxan Yaqub müayinələri ilə bağlı AzVision.az-a danışıb. O bildirib ki, hazırda müayinələri davam edir.

Elə indi də müayinələr aparılıb. Şükür olsun, bu günə qədər keçdiyim bütün müayinələrin cavabı yaxşı çıxıb. Həkimlər əməliyyat olunmağımla bağlı hələ ki, heçnə demədi. Yəqin nə vaxt məsləhət bilinsə onda da əməliyyat olunacam”.

Aprelin 7-dən Almaniyada olan Zəlimxan Yaqub 14-ü vətənə dönəcək.

Qeyd edək ki, Xalq şairi Zəlimxan Yaqub ötən ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti