"EL" hərəkatı nədir ki, onunla mübarizə də aparasan?

"EL" hərəkatı nədir ki, onunla mübarizə də  aparasan?
  12 Aprel 2013    Oxunub:1531
"EL" hərəkatının prezident seçkiləri ilə əlaqədar diqqəti cəlb edəcək hər hansı perspektivi yoxdur. Bu mənada "EL" hərəkatına qarşı guya ki, Yeni Azərbaycan Partiyasından, iqtidardan hücumların olması haqqında miflərin uydurulmasının heç bir əsası yoxdur".
Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini, icra katibi, deputat Əli Əhmədov deyib.

YAP rəsmisinin sözlərinə görə, Azərbaycan iqtidarının onların iddia etdiyi kimi "EL" hərəkatına qarşı hücuma keçməsinə ehtiyac yoxdur.

"Azərbaycanda çox gözəl bir el məsəli var. Deyir, kasıb həmişə itinin adını "Gümüş" qoyar. Bu hərəkatı yaradanlar da ona elə təmtəraqlı ad qoyublar ki, sanki böyük bir el gücünü ifadə edirlər. Həqiqət isə tamam başqa formada təzahür edir. Bu hərəkatda toplaşan bir neçə nəfərdən savayı "EL" hərəkatını nəinki dəstəkləyən, ondan xəbəri olan belə yoxdur. Bu mənada "EL" hərəkatının yaranması, onlar tərəfindən gurultulu bəyanatların səsləndirilməsi nə Yeni Azərbaycan Partiyasını, nə bugünkü Azərbaycan iqtidarını azacıq da olsa narahat etmir”.
Onun sözlərinə görə, nə Yeni Azərbaycan Partiyasının, nə Azərbaycan iqtidarının "EL"-i ofisdən çıxarmağa ehtiyacı yoxdur:

“Guya bu "EL" hərəkatı sanki elə bir şey imiş ki, Azərbaycan iqtidarı işini-gücünü buraxıb və onlarla mübarizə aparmaq niyyətinə düşüb. Əlbəttə, Yeni Azərbaycan Partiyası seçki kampaniyasında layiqli bir rəqib olacaqsa, onunla mübarizə aparacaq. Ancaq "EL" hərəkatı ilə nə mübarizə aparasan? O nədir ki, onunla da mübarizə aparasan? Ortada mübarizə aparıla biləcək heç nə yoxdur", Əhmədov bildirib./trend/



Teqlər:  





Xəbər lenti