Saakaşvili istintaqa etiraz etdi

Saakaşvili istintaqa etiraz etdi
  12 Aprel 2013    Oxunub:1420
Gürcüstan prezidenti 2008-ci ilin avqustunda baş verən səkkiz günlük müharibənin səbəbkarının Gürcüstan olması faktını absurd adlandırıb və istintaqla əməkdaşlıq etməyəcəyini açıqlayıb.
Bu barədə Saakaşvili Polşaya işgüzar səfəri çərçivəsində polşalı həmkarı Bronislav Komorovski ilə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

“Xatırlatmaq istəyirəm ki, Tiflis səması üzərində hələ də beşulduzlu Gürcüstan bayrağı dalğalanır və bu bayrağı yalnız gürcülər parçalaya bilər” deyən Saakaşvili İvanişvili hökumətini səsləndirilən fikirlərə görə təcavüzkar Rusiya tərəfinin əlinə fürsət verməkdə ittiham edib.

“Bu istintaqın məqsədi Gürcüstanın dövlətçiliyini sarsıtmaqdır, o ölkənin ərazi bütövlüyünə yönəlib və Gürcüstanın düşməninin niyyətlərini sona çatdırmağa xidmət edir. Mən bir prezident kimi bütün məsuliyyətimlə İvanişviliyə bildirmək istəyirəm ki, Gürcüstan və Rusiya arasında baş vermiş hərbi konfiliktin səbəbkarı Gürcüstan deyil. Bildirmək istəyirəm ki, mən bir prezident və bir vətəndaş olaraq bir dəqiqə belə olsun bu son məqsədi Gürcüstanı parçalamaq olan bu istintaqla əməkdaşlıq etməyəcəyəm”deyə Saakaşvili vurğulayıb.

Xatırladaq ki, aprelin 10-da Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident başda olmaqla o vaxtkı hakimiyyəti 2008-ci ilin avqustunda başlayan müharibənin səbəbkarı adlandırıb və adekvat addımlar atmamaqda günahlandırıb.



Teqlər:  





Xəbər lenti