Bu mənzillərə həbs qoyuldu

Bu mənzillərə həbs qoyuldu
  12 Aprel 2013    Oxunub:2110
Şirkətin əmlakına həbs qoyulmağına qurumun təsisçiləri arasında olan anlaşılmazlıq səbəb olub.
“Altes qrup”un yeni tikilən evlərinə həbs qoyulub. AzVision.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Binəqədi Rayon Məhkəməsinin “Altes Qrup”a məxsus olan aşağıda göstərilən ünvanlarda yerləşən yaşayış mənzillərinin satılmaması haqqında qərarını qüvvədə saxlayıb:

- İsmayıl Qutqaşınlı, mənzil № 507-511 (“Altes Plaza” Yaşayış Kompleksi);
- Bəsti Bağırova, mənzil № 592 (“Emerald Palace” yaşayış kompleksi);
- Həsən bəy Zərdabi küçəsi, mənzil № 569 (“Academy House” yaşayış kompleksi).

Məhkəmənin qərarına əsasən, “Nur-İnşaat” MMC və “Fərid-İnşaat” MMC şirkətləri qeyd olunan binalarda yaşayış evlərinin satışını dayandırmalıdırlar. Kompaniyanın əmlakına həbs qoyulmasına səbəb isə şirkətin təsisçiləri arasında olan anlaşılmazlıqdır.

Qeyd edək ki, “Altes Qrup” a 22 % pay sahibi olanlar kompaniyadan çıxmaq qərarı veriblər və özlərinə düşən payı hazırda kompaniyadan tələb edirlər. Qurumun digər təsisçiləri isə bununla razılaşmırlar və nəticədə “Altes Qrup”da məhkəmə çəkişməsi başlayıb.

Xatırladaq ki, 2012 ci ilin oktyabrında 6 aylıq məhkəmə prosesindən sonra Binəqədi Rayon Məhkəməsi “Altes Plaza”, “Emerald Plaza” və “Academy House”da olan evlərin satışına qadağa qoyub. Bakı Apellyasiya Məhkəməsi, həmçinin, Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.

Nəzərinizə çatdıraq ki, “Fərid İnşaat” MMC və “Nur İnşaat” MMC nümayəndələri qeyd olunan binalarda mənzillərin satılmamasına dair öhdəlik götürüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti