Bu həftə yüz min ilin ən isti günləri olub

Bu həftə yüz min ilin ən isti günləri olub
  08 İyul 2023    Oxunub:2043
Bu həftənin temperatur göstəriciləri ən azı yüz min ilin ən istisi olub.
Bu barədə Vudvel İqlim Tədqiqatları Mərkəzinin baş elmi işçisi Cenifer Frensis xəbər verib.

ABŞ-nin Ətraf Mühitin Proqnozlaşdırılması üzrə Milli Mərkəzi öz növbəsində Yer kürəsində orta temperaturun tarixi maksimumunu yenilədiyini vurğulayıb.

“Bazar ertəsi (3 iyul - red.) qlobal orta temperatur müsbət 17,01 dərəcəyə çatıb ki, bu da 1979-cu ildən bəri ən yüksək göstəricidir. Çərşənbə axşamı (4 iyul - red.) daha da yüksələrək müsbət 17,18 dərəcəyə çatıb, qlobal temperatur saxlanılıb. Çərşənbə günü (iyulun 5-də - red.) bu, rekord həddə çatıb. İyulun 6-na orta temperatur daha da yüksəlib və müsbət 17,23 dərəcə olub”, - deyə mərkəzdən qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti