Bakıda dava, qadın polisi döydü

Bakıda dava, qadın polisi döydü
  04 İyun 2014    Oxunub:1191
Mərkəzi Univermaqda (MUM) iki qadın arasında dava düşüb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Züleyxa Tofiq qızı Səfərova polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün satıcı işlədiyi Azərbaycan prospekti-4 ünvanında yerləşən univermaqda müştəri qismində olan Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Zemfira Dursun qızı Vəkilova ilə aralarında baş verən mübahisə zəminində onu təhqir edib , vitrini sındırıb və qol saatlarını onun başına vuraraq xuliqanlıq edib.

Z. Vəkilova baş verən hadisə ilə bağlı polisə qarşılıqlı ərizə yazaraq bildirib ki, Z. Səfərova onu söyərək təhqir edib və güzgü ilə onu vurub.

Polisdən həmçinin bildirilib ki, baş verən hadisə zamanı orada xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İlqar Əli oğlu Ağayev onları ayıran zaman Z. Vəkilova onun sol qolunu cırmaqlayaraq xəsarət yetirib.



Teqlər:  





Xəbər lenti