Xankəndidə azyaşlı oğlanı 12 gün zorlayan manyak həbs edildi |
Qeyd edilir ki, qızla cinayətkar arasında görüş Çelyabinsk dəmir yolu vağzalında baş tutub. Həmin vaxt 37 yaşı olan kişi qurbanını evinə dəvət edib. Qız razılaşıb və onunla birlikdə Smolino kəndinə gedib. Təcavüzkar evə gələn kimi onu təhdid etməyə başlayıb və qızı artıq qaçırdığını bəyan eddib. Daha sonra manyak yeni tanışını xüsusi ayrılmış otağa yerləşdirib və qapını kilidlə bağlayıb. O, pəncərələrə barmaqlıqlar da vurub.
19 yaşlı qız həmin qapalı otaqda ömrünün 14 ilini keçirib. Bəzən ev sahibi onu öldürməklə hədələyirmiş.
O da məlum olub ki, manyakın anası da həmin evdə yaşayırmış. Bu yay o, alkoqollu içki aludəçisi olan oğlunun təhlükəli davranışına görə təcili yardım çağırıb və həkimlər onu xəstəxanaya aparıblar.
33 yaşlı qurban sərxoş kişinin onun otağının qapısını bağlamağı unudduğunu görüb. O, yaranmış bu fürsətdən istifadə edərək evdən qaça bilib. Qadın bacısını tapıb və o, da polisə müraciət edib.
Hazırda faktla bağlı insan oğurluğu maddəsi ilə cinayət işi açılıb.
Tural Tağıyev
AzVision.az