Qripə yoluxan məşhur aktrisanın ürəyi dayandı

Qripə yoluxan məşhur aktrisanın ürəyi dayandı
  31 İyul 2023    Oxunub:1913
Rusiyanın xalq artisti İrina Miroşniçenkonun ürəyi dayanıb.
AzVision.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Həkimlər məşhur sənətçinin ürək döyüntülərini bərpa edə biliblər. Lakin 81 yaşlı aktrisa hələ də reanimasiyadadır və vəziyyəti ağır qiymətləndirilir.
O, iyulun 30-da xəstəxanaya yerləşdirilib. Miroşniçenkoya xəstəxanada qripin ağır forması diaqnozu qoyulub.
Daha sonra həkimlər məlumat veriblər ki, müayinələrin nəticələrinə görə, sənətçinin beyində yenitörəmə aşkarlanıb.

Tural Tağıyev


Teqlər: Aktria  





Xəbər lenti