Arseniç: “Qarabağ" çox güclü komandadır"

   Arseniç:    “Qarabağ" çox güclü komandadır"
  01 Avqust 2023    Oxunub:1019
“Rakov”un kapitanı Zoran Arseniç sabah Bakıda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri qarşılaşma barədə danışıb.
Oyunöncəsi mətbuat konfransına qatılan 29 yaşlı müdafiəçi sabah öz oyunlarını göstərməyə çalışacaqlarını bildirib:

“Biz şadıq ki, bu mərhələyə gəlmişik. Çünki hər bir futbolçu üçün Çempionlar Liqasının mərhələlərində oynamaq qüruruvericidir. Sabah öz oyunumuzu göstərməyə hazırıq".

Arseniç Ağdam klubu haqda müsbət fikirlər səsləndirib: “Birinci oyunda da gördük ki, "Qarabağ" çox güclü komandadır. Buna görə də sabahkı matçda daha diqqətli olmalıyıq. Əsasən də, diqqətimizi "Qarabağ"ın oyun tərzinə və tempinə yönəltməliyik”.

AzVision.az



Teqlər:





Xəbər lenti