Prezident çinli prokuroru qəbul edib

Prezident çinli prokuroru qəbul edib
  12 Aprel 2013    Oxunub:1333
Dövlət başçısı ölkələr arasında iqtisadi sahədə də yaxşı nəticələrin əldə olunduğunu vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Siyasi əlaqələrin uğurla inkişaf etdiyini bildirən prezident ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlıq etdiyini deyib. Dövlət başçısı ölkələr arasında iqtisadi sahədə də yaxşı nəticələrin əldə olunduğunu vurğulayıb.

Prezident İ. Əliyev hüquq- mühafizə orqanlarının arasında əməkdaşlığının inkişaf etdirilməsinin ölkələrimiz arasında mövcud olan çoxşaxəli əlaqələrin genişləndirilməsinə müsbət təsirini göstərəcəyini qeyd edərək, Ç. Cianminqin səfərinin bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın Çinin böyük və etibarlı dostu olduğunu vurğulayan Ç. Cianminq ölkəmizin regionda mövqelərinin daha da güclənməsində maraqlı olduqlarını deyib. Qonaq Azərbaycanla Çinin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək vermələrinin önəmini qeyd edib.

O, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası çərçivəsində ölkələrimizin hüquq- mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq etdiklərini bildirib.


Teqlər:  





Xəbər lenti