Avropa İttifaqı Macarıstanı məhkəməyə verəcək

Avropa İttifaqı Macarıstanı məhkəməyə verəcək
  13 Aprel 2013    Oxunub:1239
Macarıstan konstitusiya məhkəməsinin səlahiyyətlərini məhdudlaşdırır.
Avropa Komissiyası Macarıstanda konstitusiya edilən dəyişikliklərlə bağlı məhkəmə prosesinə başlamağı planlaşdırıb. Qeyd edək ki, sözügedən dəyişikliklər Macarıstanın konstitusiya məhkəməsinin səlahiyyətlərini məhdudlaşdırır. Düzəlişlərə əsasən konstitusiya məhkəməsi qanunları mahiyyəti üzrə deyil, yalnız prosessual əsasda mühakimə edə bilər.

Macarıstanın baş naziri Viktor Orbana məktubunda Avropa Komissiyasının sədri Joze Manuel Barrozu qeyd edib ki, komissiya ”lazım olan hallarda müdaxilə etmək proseduralarına başlamaq üçün vacib addımlar atmağa məcbur olacaq”.

İlkin olaraq dəyişikliklərin Avropa qanunlarına uyğun olub-olmadığı aydınlaşdırılacaq.

Səbinə Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti