Sobçak prezident, İçərişəhər və Vahid Ələkbərovun villasından yazdı - FOTOLAR

Sobçak prezident, İçərişəhər və Vahid Ələkbərovun villasından yazdı - FOTOLAR
  13 Aprel 2013    Oxunub:1647
“Qonaqpərvərliyə görə Bakıya təşəkkür!! Mənə burda çox xoş idi”.

Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumunda iştirak etmək üçün Bakıya gələn tanınmış teleaparıcı Kseniya Sobçak sosial şəbəkələrdəki hesablarında Bakı ilə bağlı doyunca danışıb, fotolar paylaşıb.
Bakı Venesiyası, İçərişəhəri gəzən Sobçak, köhnə məhəllələrdən tutmuş, dəbdəbəli restoran və qədim qala dvarlarına qədər heç nəyi diqqətdən kənarda qoymayıb.

Sobçak azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun Bakıda - İçərişəhərdə yerləşən villasının fotosunu da yayıb. Sobçak İnstagram profilində bu dəbdəbəli villanın azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus olduğunu qeyd edib.

Forumda prezident İlham Əliyevlə tanış olduğunu və onu “Dojd” kanalında yayımlanan proqramına dəvət etdiyini yazan Sobçak Heydər Əliyev Mərkəzinə olan heyranlığını da gizlədə bilməyib. İnstagramda paylaşdığı fotolarda tikilinin həyatında gördüyü ən gözəl binalardan biri olduğunu yazan jurnalist : “Həyatımda gördüyüm ən gözəl tikililərdən biridir. Ah, necə pilləkənləri var, mənə beləsi lazımdır. Bu dünya səviyyəsində memarlıq nümunəsidir. Mən başa düşmürəm, Moskvada həmin neft pullarına heç olmasa bir dənə beləsini tikmək olmaz?” deyə təəccübün gizlətməyib.

Qalereya




Teqlər:  





Xəbər lenti