Gülər Əhmədovanın həbs müddəti bitməyib

Gülər Əhmədovanın həbs müddəti bitməyib
  13 Aprel 2013    Oxunub:1299
“Bu fikirlərin hamısı uydurmadır”
Bunu AzVision.az-a açıqlamasında Gülər Əhmədovanın vəkili Raqif Mustafayev deyib. Vəkil bildirib ki, həbs olunan xanım deputatın həbs müddətinin bitməsinə bir ay vaxt qalıb:
“Gülər Əhmədovanın həbs müddəti may ayının 13-də bitəcək”.

R.Mustafayev vəkil Elçin Sadıqovun mətbuatda Gülər Əhmədova üçün Bakı İstintaq Təcridxanasında xüsusi imtiyazlar yaradılması haqqında dedikləri fikirlərədə münasibət bildirib.

Xanım deputatın vəkili Elçin Sadıqov bu fikirləri ilə özünü gündəmdə saxlamaq istədiyini deyib.

“Elçin Sadıqov öz işləri ilə məşğul olsa daha yaxşı olar. Boş şayiələr buraxmaqdansa, öz vəkil işləri ilə məşğul olsun. Əlbətdə ki, bu fikirlər uydurmadır”-deyə R.Mustafayev vurğulayıb.

Qeyd edək ki, vəkil Elçin Sadıqov Gülər Əhmədova üçün Bakı İstintaq Təcridxanasında xüsusi imtiyazların yaradıldığını deyib.

Vəkil bildirib ki, onun otağı mebel, soyuducu, televizor və s. avadanlıqlarla təhciz edilib (mən yalan deyirəmsə qrup təşkil etsinlər monitorinq aparaq). Şəxsi istifadəsinə mobil telefon var (istəyirlərsə, Bakı İstintaq Təcridxanasının yerləşdiyi yer üzrə telefon lokalizasiyalarını yoxlasınlar) xidmətçi verilib. Gülər Əhmədova ilə bir otaqda qalan kimliyi gizlədilən qadın Bakı İstintaq Təcridxanasına Gülər Əhmədova ilə birlikdə ona qulluq etmək üçün gətirilib. Gülər Əhmədova istintaq otaqlarına belə avtomobillə gətirilir. İstintaq otaqlarının ən böyüyü 14-cü otaqdır ki, Gülər Əhmədova həmişə həmin otaqda görüşür. Bunlar imtiyazlar deyil?”

Araz İsmayılov


Teqlər:  





Xəbər lenti