“Hər uşaq bir çiçəkdir” - FOTOSESSİYA

“Hər uşaq bir çiçəkdir” - FOTOSESSİYA
  06 İyun 2014    Oxunub:2362
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Asan Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Azərsun Holdinq”və “Bacarıqlı Əllər Dünyası” İctimai birliyi birgə olaraq, “Gələcəyini öz əllərinlə qur” adlı layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud olmuş, uşaq evlərində reabilitasiya proqramı əsasında müalicə alan uşaqların əl işlərindən ibarət sərgi keçirib.

Sərginin məqsədi fiziki qüsurlu uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onların da cəmiyyətə reablitasiyasını təmin etməkdir. Sərgi Asan Könüllüləri Gənclər Təşkilatının “Hər uşaq 1 çiçəkdir” devizi altında keçirilir.

“Asan Könüllüləri Gənclər Təşkilatı”nın baş katibi Afaq Qubadova bildirib ki, təşkilatın əməkdaşları qüsurlu uşaqlara maddi dəstək ola bilməsələr də mənəvi dəstək olmağa çalışıblar: “ Təəssüflər olsun ki, heç bir maddi dəstək göstərə bilmədik. Bizim layihələrimiz var, “Hər uşaq bir çiçəkdir”.

Qalereya




Teqlər:  





Xəbər lenti