Ac qalmaq immun sistemini bərpa edir

Ac qalmaq immun sistemini bərpa edir
  07 İyun 2014    Oxunub:2151
Aclıq müddəti 4 günü aşmamalıdır.
Cənubi Kaliforniya Universiteti gözlənilməz araşdırma açıqlayıb. Sən demə müntəzəm lakin məhdud müddətdə ac qalmaq immun sistemini bərpa edir, insanlarda leykosit səviyyəsi artır. Aclıq müddəti 4 günü aşmamalıdır.

Bununla yanaşı 4 günlük orucun immun sistemi zəif olan insanlara, məsələn, xərçəng xəstələrinə daha çox xeyir etdiyi bildirilir. Bunula yanaşı qeyd olunur ki, yeməkdən müvəqqəti imtina kimya- terapiyaya prosesinə heç bir mənfi təsir göstərmir. Ac olan müddətdə insan bədənində olan kök hüceyrələr leykosit istehsalına başlayır ki, bu da bütünlüklə immun sistemini bərpa edir.

Səbinə


Teqlər:





Xəbər lenti