Bu dəfə Bakı tamaşaçısına kollektivin tarixi boyu göstərdiyi ən yaxşı nömrələr təqdim edilib. “Anadolu Atəşi” 2 dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Rəqsin ən cəld ifasına görə- dəqiqədə 241 hərəkət və ən böyük auditoriya (400 min) tamaşaçı qarşısında konsert verməklə
“Anadolu Atəşi” dünyanın 93 ölkəsində, təxminən 20 milyon insan qarşısında konsert verib. Əvvəllər “Sultans of the dance” adlanan qrupun rəhbəri Mustafa Ərdoğandır.
Qrupun yaradılmasının məqsədi Şərq və Qərb mədəniyyətini qovuşdurmaqdır. Məhz buna görə, ansamblın rəqslərində rəngarənglik özünü büruzə verir: həm şərq ritmləri, həm də müasir şou-balet elementləri.
Leyla Murad
Fotolar: Nuran Məmmədov