Novruz Məmmədovun nəvəsi Bakıda sərgi keçirdi - FOTOLAR
Ötən gün Baku Photography House-da gənc rəssam Kamal Novruzun “Yeni incəsənət” adlı ilk sərgisi keçirilib.
Kamal Novruz Leonardo da Vinçi, Hokusai, Vinsent van Qoq, Grant Vud, Rene Magrit kimi məşhur rəssamların əsərlərindən ilhamlanaraq Pop Art üslubunda yeni əsərlər yaradıb.
Rəsm əsərlərində cizgi filmlərinin qəhrəmanlarını özünəməxsus tərzdə təqdim edən Kamal Novruz yaşıdlarını və gəncləri məşhur ustadların əsərlərinə marağının yaranmasına nail olmaq istəyir.
Qeyd edək ki, Kamal Novruz keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsidir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: