Piyada keçidə görə cərimələnənlərin SAYI

Piyada keçidə görə cərimələnənlərin SAYI
  08 İyun 2014    Oxunub:1235
`Ümumi yol qəza hadisələrində piyada vurma halları 52 faizə qədər artıb. Bu da narahatlıq doğurur`.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov milli.az-a piyada keçidindən istifadə etmədiyi üçün canından olan insanlardan danışıb.

O, bilidirib ki, bu günə qədər 70 min piyada məsuliyyətə cəlb edilib: `Buna baxmayaraq yol polisi tərəfindən gündəlik keçirilən tədbirlər zamanı ilin əvvəlindən indiyədək 70 min piyada saxlanılıb və məsuliyyətə cəlb edilib. Təxminən həftəyə 3000-3500 piyada düşür. Biz bu istiqamətdə tədbirlər həyata keçiririk. Hər halda yol hərəkəti haqqında qanunun 40-cı maddəsi piyadaların hüququ və vəzifələrini tənzimləyir. Bu maddənin tələbləri pozulduqda piyadalar saxlanılır, məsuliyyətə cəlb edilir və 20 manat məbləğində cərimə ödəməli olurlar`.

V.Əsədov qyed edib ki, piyadalara keçiddən istifadə etmə vərdişini aşılamaq üçün jurnalistlər də təbliğat apararaq bizə kömək etməlidir: `Həmçinin ictimai qınaq metodlarından istifadə olunmalıdır. Bu və digər göstəricilər sözsüz ki, nizam-intizamın yüksəldilməsinə təsir göstərir`.


Teqlər:  





Xəbər lenti