“Mən doğru həyat yaşayırammı?”

“Mən doğru həyat yaşayırammı?”
  09 İyun 2014    Oxunub:1360
Azərbaycan Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” adlı yeni tamaşanın məşqləri gedir .
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Əli Səmədlinin “Ölüm hökmü” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərovdur.

Rejissor komediya janrında hazırlanan tamaşa haqqında fikirlərini belə ifadə etmişdir: “Əsər, ötən əsrin 60-cı illərində yazılmasına baxmayaraq, müasir günümüz üçün də kifayət qədər aktualdır. Əsərin motivində bir ailənin vəzifə, pul naminə ailə başçısının ölüsündən belə öz mənfur məqsədləri üçün istifadə etmələri dayanır. Yalnız sonda bütün qara oyunlar üzə çıxır və qəhrəmanın dilindən tamaşaçıya “Mən doğru həyat yaşayırammı?” mesajı verilir”.

Əsas rolları respublikanın Xalq Artisti Afaq Bəşirqızı, əməkdar artistlər Novruz Əliyev, Ələkbər Əliyev ifa edirlər. Tamaşada aktyorlardan Gülcahan Salamova, Əliməmməd Novruzov, Gültac Əliyeva, Hüseyn Əlili, Ziyadxan Cəbrayılov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova və Möylə Mirzəyev də rol alıblar.


Teqlər:





Xəbər lenti