Həkim xəstəni yastıqla “evtanaziya” etdi - FOTO
Həkimin və iki tibb bacısının həyata keçirəcəyi prosedura qadının əri və qızı nəzarət etməli olublar. Ancaq onlar əzizlərinin ölümünün şahidi olmaq istəmədikləri üçün evi tərk ediblər.
Evdə prosedur başlanılıb, ancaq işlər planlaşdırıldığı kimi getməyib. Dərman kokteyli istənilən effekti verməyincə, həkim qadını yastıqla boğaraq həyatına son qoyub.
Hər şey Məhkəmə Tibbi Ekspertizası zamanı məlum olub - meyit yarıldıqdan sonra onda boğulma əlamətləri müəyyən olunub.
Qadının əri Lyej prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Evtanaziya prosesində iştirak edən həkim və iki tibb bacısı haqqında cinayət işi açılıb.
AzVision.az
Teqlər: Həkim