Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılır

   Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılır
  14 Sentyabr 2023    Oxunub:1462
"Bu ildən etibarən bütün məktəblərdə və uşaq bağçalarında qida təhlükəsizliyinin tətbiqinə başlanılacaq".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Elm və Təhsil Nazirliyi ilə birgə həmin qurumun tabeliyində olan bütün müəssisələrdə xüsusi təlim və proqramlar həyata keçirəcək:

“Keyfiyyətə nəzarət menecerlərinə xüdusi təlimlər keçiriləcək. Məhsulların daşınması, saxlanılması, satışı təlimlərinə xüsusi nəzarət prinsipləri tətbiq edilir. Düşünürəm ki, bu, gələcəkdə təhsil müəssisələrində qidalanma ilə bağlı meydana çıxan neqativ halların qarşısını alacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti