Ürək dayansa da, şüurlu qalırıq - Alimlərdən sensasiyalı araşdırma

      Ürək dayansa da, şüurlu qalırıq    - Alimlərdən sensasiyalı araşdırma
  15 Sentyabr 2023    Oxunub:1909
ABŞ, Böyük Britaniya və Bolqarıstandan olan bir qrup alim kardiopulmoner reanimasiya (CPR) (Ürəyin və tənəffüsün anidən dayandığı hallarda tətbiq olunan üsulların ümumi adıdır-red.) zamanı xəstələrin beyin fəaliyyəti ilə bağlı maraqlı araşdırma aparıblar.
Onlar uzun illər ürəkləri dayanmış xəstələrin beyin fəaliyyətlərini izləyiblər. Məlum olub ki, bəzi xəstələrin ürəyi dayansa da, onların şüuru itməyib. Elə xəstələr də olub ki, həmin dəqiqələrdə bədəndən necə ayrılmalarını hiss ediblər. Alimlər araşdırmalarının nəticələrini "Resuscitation" jurnalında dərc ediblər.

Alimlər zəncəfilin xərçənglə güclü mübarizə apardığını sübut etdilər
Tədqiqatda xəstəxanaya yerləşdirilərkən ürəyi dayanan və 2017-ci ilin mayından 2020-ci ilin martına qədər ABŞ-la Böyük Britaniyadakı əməliyyat masasında ürək masajı almış 567 xəstədən istifadə olunub.

Ürəyi dayanan insanların olduğu palatalardakı təcili tibbi müdaxilə proseslərində tibb işçiləri ilə birlikdə xüsusi təlim keçmiş tədqiqat qrupları da iştirak edib. Həkimlər ürək masajı apararkən, tədqiqat qrupları xəstənin başına beyindəki oksigen və elektrik aktivliyini ölçən sensorlar qoyurmuşlar. Beləcə, müşahidələr zamanı qamma, delta, teta, alfa və beta da daxil olmaqla beyin fəaliyyətində bir neçə "dalğa partlayışlar"ı aşkar edilib. Maraqlıdır ki, bu dalğaların bəziləri insan şüurlu və düşüncəli olduqda baş verir.

Tədqiqat qrupu daha sonra ürək dayanmasından sağ çıxan 53 nəfərdən 28-i ilə müsahibə aparıb. 11 xəstə kardiopulmoner reanimasiya zamanı şüurlu olduğunu iddia edib. Digər altı nəfər qeyri-adi hisslər yaşadığını deyib-bəziləri bədəndən ayrılma hissi keçirdiyini qeyd edib, həmçinin onlar siluetlər, ağ fiqurlar görüblər. Digərləri isə müsbət hissləri-sakitlik, sevgini təsvir edibdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ürək   Şüur   Alim   Araşdırma  





Xəbər lenti