Üzeyir Hacıbəyovun əsərləri metro stansiyalarında səsləndirilir - Video
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təqdim etdiyi parçalar əsasında tərtib edilərək, Musiqi günü və keçirilən festivala həsr olunmuş musiqi proqramının metro stansiyalarında səsləndirilməsinə başlanılıb. Proqrama Üzeyir Hacıbəyovun 11 əsərindən parçalar daxil edilib.
Dahi bəstəkarın yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan”romansları, “Koroğlu”. ”Arşın mal alan” operalarından uvertüra, “Arazbarı”, “Aşıqsayağı”, ”Cəngi”əsərləri, “Koroğlu” operasından Koroğlunun ariyası, “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Qızlar” və “Şəbi hicran”xorundan ibarət proqram günün sonuna qədər yayımlanacaq.
18 Sentyabr - Milli Musiqi Günü münasibəti ilə Bakı metropoliteni, ənənəyə sadiq qalaraq, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edəcək. Konsert proqramı “İçərişəhər” (10:30 - 12:00), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında təqdim olunacaq.
Proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri salınıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: