“Oturmaqdan, işsiz qalmaqdan yorulmuşam. İşləmirəm deyə şəhərə də getmirəm. Çox darıxıram. Evdə televizora baxıram, kitab oxuyuram, krossvord edirəm. Başımı qatmaqla məşğulam. Bir yandan da ağrılar məni əldən salıb. Ağrımayan yerim yoxdur. Gün ərzində 5 dəfə dərman atıram. Üç ildir ki, qızım və nəvəmlə birgə bağda yaşayıram. Şəhərin tıxacına dözə bilmərəm. Bilirsiniz ki, infarkt keçirmişəm, mənə stress olmaz”.
Aktyor sənət yoldaşlarının itkisindən üzüldüyünü də deyib.
“Bu il 4 sənət yoldaşımı itirdim. Elxan Qasımovun, Cəmilin vəfatı məni çox üzdü. İndi bu dünyanı tərk edən sənəd dostlarımı yada salmaqla yaşayıram”.
Şahanə Rəhimli
AzVision.az