Təhlükəli asteroid Yerlə toqquşa bilər
Təhlükəli asteroid kimi tanınan “Bennu” hər altı ildən bir Yer ətrafında orbitini tamamlayır və artıq 1999, 2005 və 2011-ci illərdə planetimizlə üç dəfə yaxından qarşılaşıb. Toqquşma şansı nisbətən az olsa da, elm adamları bu ehtimalı istisna etmirlər. Bu ehtimal təxminən 0,037 faizidir.
2020-ci ilin oktyabrında NASA-nın “OSIRIS-REx” missiyası “Bennu”nun səthinə enib, burada nümunə toplayıb. 2016-cı ilin sentyabrında fəaliyyətə başlayan bu missiyanın da məqsədi həmin asteroidi araşdırmaq və günəş sisteminin mənşəyi haqqında faydalı məlumat verməkdir.
Əgər “Bennu” Yerlə toqquşsa, o, təxminən 1200 meqaton enerji buraxa bilər ki, bu da ən güclü süni nüvə silahının 24 qat gücünə bərabərdir.
AzVision.az
Teqlər: