Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionu oldu

   Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionu oldu
  25 Sentyabr 2023    Oxunub:1782
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
AzVision.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. İki qızıl, üç gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.

Daha öncə Azərbaycanın sərbəst güləş tarixində də belə uğur olmayıb. Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında Azərbaycan yığmaları komanda hesabında ikinci yeri tutub.

Yunan-Roma güləşi üzrə milli həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kiloqram) ilə Rafiq Hüseynov (82 kiloqram) dünya çempionu olub. Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə gümüş medal qazanıb. Komanda 67 və 77 kiloqramda Olimpiadaya lisenziya əldə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti