Marqvelaşvilinin müşavirləri azərbaycanlılarla görüşdü

Marqvelaşvilinin müşavirləri azərbaycanlılarla görüşdü
  11 İyun 2014    Oxunub:1002
Gürcüstan Prezidentinin müşavirləri bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər.
Gürcüstan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Prezidentin milli azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi və beynəlxalq münasibətlər üzrə müşaviri İvane Maçavariani ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşsblər. Onlar gənclərə Avropaya inteqrasiya prosesləri, Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalaması, ölkənin bundan əldə edəcəyi fayda və başqa məsələlər barədə ətraflı məlumat veriblər.

Müşavirlər bununla əlaqədar ölkənin milli azlıqların məskunlaşdığı bölgələrində geniş təbliğat işləri aparılmasının vacibliyini qeyd edib və gənclərin buna cəlb olunmasının əhəmiyyətini vurğulayıblar.

İyunun sonunda Prezident Administrasiyasının nümayəndələri azərbaycanlı tələbələrlə birlikdə soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinə gedib sakinlərə ana dillərində bu məsələyə həsr olunmuş bukletlər paylayacaqlar.
Tələbələr görüşdən razı qaldıqlarını bildirib, bunun davam etdirilməsini arzulayıblar. (AzərTAc)


Teqlər:  





Xəbər lenti