Ramosun evi qarət edildi

   Ramosun evi qarət edildi
  27 Sentyabr 2023    Oxunub:1246
İspaniyalı futbolçu Serxio Ramosun evi qarət edilib.
AzVision.az ABC-yə istinadən xəbər verir ki, hadisə sentyabrın 20-də Çempionlar Liqasında "Sevilya" - "Lens" matçı (1:1) zamanı olub.

Mənbənin sözlərinə görə, oğurluq vaxtı evdə Ramosun dörd uşağı və onların iki müəllimi olub. Futbolçun özü həmin an sözügedən görüşdə oynayıb, həyat yoldaşı isə işdə olub. Sevilya şəhəri ətrafındakı evdə olan uşaqlar və müəllimlər xəsarət almayıblar.

Xatırladaq ki, 37 yaşlı müdafiəçi bu ay 18 ildən sonra “Sevilya”ya qayıdıb. O, 2005-ci ildə "Sevilya"dan Real"a transfer olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti