AFFA-dan cəza və cərimələr

   AFFA-dan cəza və cərimələr
  03 Oktyabr 2023    Oxunub:986
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 8-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Misli Premyer Liqasının 8-ci turunun “Səbail” – “Sabah” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununun 90+4-cü dəqiqəsində qonaq komandanın futbolçusu Boyan Letiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Misli Premyer Liqasının 8-ci turunun “Kəpəz” – “Qəbələ” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Kəpəz” – “Qəbələ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətində kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib.

“Kəpəz” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.

Misli Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Zirə” oyununun 90+4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu İqor Ribeyro ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti