Qadının intiharı ilə bağlı kişi həbs edilib

  Qadının intiharı ilə bağlı kişi həbs edilib
  27 Oktyabr 2023    Oxunub:1059
Şəxsi özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, oktyabrın 10-da Neftçala rayon sakini 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilovanın yaşadığı evin həyətində yerləşən metal borudan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər:





Xəbər lenti