Payızın ən ləzzətli hadisəsi

// "Bir cənub şəhərində" qurmanları unudulmaz gün gözləyir

   Payızın ən ləzzətli hadisəsi
  27 Oktyabr 2023    Oxunub:1313
Azərbaycanın cənub bölgəsinin mirvarilərindən olan Lənkəran heyrətamiz qastronomik zənginliyi ilə də seçilir. Həm də buna görə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilən Lənkəranın mətbəxi cənub bölgəmizdə unikallığı ilə seçilir.
Lənkəran mətbəxini fərqli edən cəhətlər nəsildən-nəslə ötürülərək, günümüzə qədər olduğu kimi gəlib çatıb. Bu mətbəxin təqdim etdiyi təamların hər biri özündə bölgənin zəngin süfrə mədəniyyətinin tarixi izlərini daşıyır.

Belə bir kulinar irsə malik olan Lənkəran, təbii ki, hər zaman bütün dünya qurmanlarının diqqətini cəlb edib. Azərbaycan qastronomiyasının sehrini kəşf etməyə çalışanlar daim mətbəxlə mədəniyyətin üzvi şəkildə birləşdiyi bu regiona can atıblar.

İndi onlar üçün maraqlı şans yaranıb: Oktyabrın 28-də, şənbə günü Lənkərandakı “Xəzər palas” otelində bu payızın ən ləzzətli hadisəsi – “Bir Cənub Şəhərində” qastronomik festivalı keçiriləcək.
“Diyar.az” komandası Azərbaycanın dadlar aləminə səyahətə çıxmaq istəyən hər kəsi festivala dəvət edir. Siz bu festivalda unudulmaz ləzzətlər kəşf edə biləcəksiniz.

Festivalın proqramına əyləncəli müsabiqələr, musiqi və rəqs nömrələri, həmçinin master-klasslar daxildir.

Festivalda iştirak etmək istəyənlər bilet əldə etmək üçün +994103273121 nömrəsilə əlaqə saxlaya bilərlər.

Əminik ki, uzun müddət iştirakçıların yadından çıxmayacaq bu festival sizin həyatınızdakı ən maraqlı tədbirlərdən biri olacaq. “Diyar.az” komandası bunun üçün əlindən gələni edib.

Məkan: Lənkəranın ən yaxşı oteli olan “Xəzər Palas”
Zaman: 28 oktyabr 2023-cü il
Saat 11:00-23:00 arası


Teqlər: Festival  





Xəbər lenti