Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumu başa çatıb

Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumu başa çatıb
  31 Oktyabr 2023    Oxunub:1477
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə təşkil edilən Musiqi Forumu başa çatıb.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən Musiqi Forumu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunub.

3 gün davam edən forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunub.

Forumun sonuncu günündə 5-ci paneldə çıxış edən musiqişünas, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova Azərbaycan xalqının musiqi savadının, zövqünün artırılması istiqamətində aparılan işlərdən danışıb. Musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxışında musiqi sahəsində cari vəziyyətlə bağlı düşüncələrini bölüşüb.

Forumun “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” adlı növbəti paneldə isə Azərbaycan xoreoqrafiya sənətinin müasir çağırışlarla uzlaşması müzakirə edilib, təkliflər səsləndirilib.

Forumun sonunda tədbir iştirakçıları ilə kollektiv şəkil çəkdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti