Obama: “Mənim heç atam olmadı”

Obama: “Mənim heç atam olmadı”
  15 İyun 2014    Oxunub:961
ABŞ prezidenti Barak Obama Amerika xalqına həftəlik müraciətində atalıq borcu və ailə başçısı kimi kişilərin üzərinə düşən vəzifələrdən danışıb. Cənab Obama Birləşmiş Ştatlarda bazar günü Atalar günü ərəfəsində ataların uşaqların həyatında oynadığı rolu xüsusi vurğulayıb.

Prezident Obama həftəlik müraciətində uşaqlıq və gənclik illəri atası ilə böyümədiyi günləri xatırlayıb. O öz ailəsində atasının olmadığını deyərək, hər gün yaxşı həyat yoldaşı və ata olmağa çalışdığını bildirib.

Cənab Obama ataları uşaqları ilə daha çox vaxt keçirməyə və ataları ilə böyüməyən gənclərə nümunə olmağa çağırıb.

Amerika Birləşmiş Ştatlarında hər il iyun ayının üçüncü bazar günü Atalar günü qeyd edilir./musavat/


Teqlər:





Xəbər lenti