“Manqal Steak House” 700 şəhid anasını qonaq etdi - VİDEO

“Manqal Steak House” 700 şəhid anasını qonaq etdi -    VİDEO
  07 Noyabr 2023    Oxunub:1281
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin 3-cü ildönümü tamam olur.
Bu əlamətdar hadisənin ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu bir vaxtda, eləcə də Azərbaycanda Heydər Əliyev İlində qeyd edilməsi xüsusilə böyük fərəh və qürur hissi doğurur. Şanlı Zəfər Gününü xalqımız torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edərək qarşılayır.

Şəhidlərin ailə üzvlərinə həssas və qayğıkeş münasibət “Manqal Steak House”un da korporativ sosial məsuliyyət proqramının mühüm tərkib hissəsidir. Dini bayramlarda, həmçinin əlamətdar hadisələrlə əlaqədar şəhid analarının iştirakı ilə anım tədbirlərinin təşkil edilməsi bu istiqamətdə gerçəkləşdirilən layihələr sırasında xüsusi yer tutur.

“Manqal Steak House”da noyabrın 6-da 700 şəhid anasının iştirakı ilə növbəti xeyriyyə tədbiri keçirilib, onlar üçün ziyafət təşkil edilib. Tədbirin təşkilində, onun mədəni proqramının hazırlanmasına “Fire Land Production” şirkətinin böyük dəstəyi olub. Tədbirdə ölkəmizin tanınmış incəsənət ustaları vətənpərvər ruhlu mahnılar, ilhailər ifa ediblər.


“Manqal Steak House” restoranı şəhidlərin ailə üzvlərinə daim həssas və qayğıkeş münasibət göstərir. Şəhid analarını bir süfrə arxasında görüşdürmək, onlara xidmət etmək bizim üçün şərəfdir. Öz ənənəmizə sadiq qalaraq Zəfər Günü ərəfəsində də biz 700 şəhid anası üçün xeyriyyə tədbiri təşkil etməyi qərara aldıq. Bu tədbirin təşkilində, mədəni proqramının hazırlanmasında “Fire Land Production” fəal iştirakını xüsusi qeyd etmək istərdim. Tədbirimizdə ölkəmizin tanınmış incəsənət ustaları vətənpərvər ruhlu mahnılar, dini ilhailər ifa edəcəklər. Tədbirim hazırlanmasında əməyi olanların hamısına təşəkkürümüzü bildirirk.


Teqlər: Anım   Xeyriyyə  





Xəbər lenti