Saxta dollar satan dəstə üzvləri saxlanılıb

   Saxta dollar satan dəstə üzvləri saxlanılıb
  16 Noyabr 2023    Oxunub:1218
Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a bildirilib ki, paytaxtın Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əsginas verdiyini bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Dollar  





Xəbər lenti