İlham Əliyev Hacıqabulda açılışlar edib

İlham Əliyev Hacıqabulda açılışlar edib
  16 Aprel 2013    Oxunub:1484
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olub.
AzVision.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə Hacıqabul şəhərində yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış olub. Prezident Hacıqabulun mərkəzindəki Heydər Əliyev parkını gəzib. Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Prezidentinə məlumat verib ki, 2011-ci ilin sentyabrından parkda yenidənqurma işlərinə başlanılıb.

Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan–“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılış mərasimində iştirak edib. Dövlət başçısına yolun parametrləri, respublika əhəmiyyətli digər yollarda aparılan işlər, Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə məlumat verilib.
Prezident İlham Əliyev kənd sakinləri ilə görüşüb. Təzə çəkilən yolun əhəmiyyətindən danışan dövlət başçısı yolların hər bir yaşayış məntəqəsi üçün önəmini vurğulayıb.

Sonra Prezident İlham Əliyev Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak edib.
Dövlət Hacıqabul şəhərinin su təchizatı planı və Şirvan-Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basıb.
Dövlət başçısı Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

İlham Əliyev Hacıqabula səfəri çərçivəsində Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan yenidənqurma işləri ilə tanış olub, şəhərciyin ərazisini gəzib, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxıb.

Daha sonra Prezident Hacıqabulda Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında iştirak edib.


Teqlər:  





Xəbər lenti