Vətəndaşlar qanunsuz saxladıqları tüfəngləri polisə veriblər

Vətəndaşlar qanunsuz saxladıqları tüfəngləri polisə veriblər
  18 Noyabr 2023    Oxunub:1669
Ağsuda vətəndaşlar qanunsuz saxladıqları 11 ov tüfəngini polisə könüllü təhvil veriblər.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 11 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
AzVision.az



Teqlər: Tüfəng  





Xəbər lenti