Aydın Mirzəzadə İsa Qəmbərin oğlunun nikahından danışdı

Aydın Mirzəzadə İsa Qəmbərin oğlunun nikahından danışdı
  16 Aprel 2013    Oxunub:1529
“Müxalifətçinin övladının orada kəbin kəsdirməsi isə bütün görülən bu nəhəng işlərin nəticəsindən onların da yararlanması idi. Baxmayaraq ki, onlar ənənəvi VVAQ şöbəsinə də gedə bilərdilər”

AzVision.az xəbər verir ki, bu sözləri YAP Siyasi Şurasının üzvi, millət vəkili Aydın Mirzəzadə İsa Qəmbərin oğlu İlkin Qəmbərin “ASAN Ximdət”də nikah bağlamalarına münasibət bildirərkən deyib. Millət vəkilinin çıxışını təqdim edirik:

“Razılaşmayanların ASAN addımı”

Bü günlərdə Azərbaycanın radikal müxalifət liderlərindən birinin övladının xeyir işidir. Bütün gənclər kimi ona da xoşbəxtlik və möhkəm ailə arzu edirəm.

Diqqəti cəlb edən gənclərin rəsmi nikahını ASAN xidmətində qeydə aldırması oldu.

ASAN-nın bir çox xidmətlər kimi, o cümlədən VVAQ xidmətinə alternativ olduğu və vətəndaşlara seçim imkanı verdiyinin fikrimcə izah etməyə ehtiyac yoxdur.

ASAN bu gün Azərbaycan dövlətinin müsairlik simvollarından birinə çevirilib. Vətəndaşlara artıq Bakının üç rayonu üzrə onlarla xidmət yüksək səviyyədə və tez bir zamanda xidmət göstərilir. Dövlət rüsumu ödənilməklə, bəzən növbəsiz lazım olan sənədi tez əldə etmək olar.

Bu unikal xidmət xarici dövlətlərin də diqqətini cəlb edib və onların səfirləri ilə yanaşı xüsusi olaraq Azərbaycana gələn nazirləri də ölkəmizin təcrübəsini öyrənmək istədiklərini bildirirlər. Xidmət qısa zamanda bütün coğrafiyamızı əhatə edəcəkdir, bunun üçün müvafiq maddi-texniki və təşkilati işlər intensiv surətdə görülməkdədir. Gəncə və Sumqayıtda bu xidmətin açılacağı vaxtdan bizi az zaman ayırır.

ASAN-nın yaranması üçün isə minlərlə normativ aktlar qəbul edilməli, bütün sahələr üzrə müsairlik etalon olmalı, işləri bir sistem şəklinə salmaq lazım idi. ASAN əslində 20 il ərzində görülən nəhəng işlərin sadəcə olaraq üz qabığıdır.

Müxalifətçinin övladının orada kəbin kəsdirməsi isə bütün görülən bu nəhəng işlərin nəticəsindən onların da yararlanması idi. Baxmayaraq ki, onlar ənənəvi VVAQ şöbəsinə də gedə bilərdilər.

Ancaq müxaliflər bütün bu gərgin əziyyəti heç zaman görmək istəmirdilər. Daima hakimiyyət tənqid edilir, onun fəaliyyətindən ölkədən kənarlara şikayət edilir, Azərbaycanın inkişafdan kənarda qaldığı bəyan edilirdi.

İndi isə rahat yollarda qərargahlarına gəlir, stabil siyasi və maliyyə durumundan yararlanır, təhlükəsiz cəmiyyətdə yaşayır, öözlərinin və tərəfdarlaının övladları hərbi xidmətlərini intizamlı hərbi hissələrdə çəkir və...
hakimiyyəti tənqid edirlər.

Hakmiyyət isə bütün yuxarıda sadalanalrla yanşı onlraın onu tənqid etməsi hüququnu da qoruyur.

Çünki, hakimiyyət tarix və vətəndaşları qarşısında məsuliyyətini dərindən dərk edir və bütün fəaliyyətini bu istəqamətdə qurur.

Bütün işlərimizin ASAN olması üçün.

Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının prezidentiyəm" bəyanatı həyatda öz qüvvəsini göstərir.


Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti