O bildirib ki, “Mənim oğlum qəhrəmandır” layihəsinin son tədbirində Xankəndidə bayrağımızın sancılması zəfərinin sevincini şəhid analarının gözlərindən oxumaq olurdu: “Məhz bu səbəbdən Birinci Qarabağ müharibəsinin 19 yaşlı şəhidi olan Cavanşir Rəhimovun anası Lalə xanımın sözlərindən sonra analarımız övladlarının qisasını alan Ali Baş Komandanı ayaqda alqışladılar. Şəhid anaları adından qəhrəman generalımız Polad Həşimovun anası Səmayə ana Cənab Prezidentə təşəkkür bildirdi. Əminəm ki, anaların təsəllisi olan bu xəbər qəhrəmanlarımızın ruhlarını da şad edib”.
C. Qurbanov əlavə edib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev, vitse-prezident, birinci xanım Mehriban Əliyeva şəhid əmanətlərinə qarşı davranışlarımızın, qayğımızın ən həssas nümunəsini göstərməkdədirlər: “Şəhid analarına, əmanətlərinə bütün məsələlərdə öncəlik vermək məhz dövlətçiliyin bir parçasına çevrilib. Bu mənada 3 il ərzində keçirdiyimiz “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinə Heydər Əliyev Fondu və onun icraçı direktoru Anar Ələkbərovun xüsusi diqqətini vurğulamaq istəyirəm. Bu yolda bizə dəstək olan bütün qurumlara, xüsusilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə dərin minnətdarlığımı bildirirəm. Həmçinin bu layihənin ilk günündən daim şəhid əmanətlərinin yanında olan “Azman Holding”in rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür edirəm.
Sonuncu tədbirimizdə bölgələrimiz də daxil olmaqla 700-ə yaxın şəhid anasını ayaqüstə, bir-bir əllərindən öpərək qarşılamaq mənim üçün böyük şərəf idi.
“Fireland Group” komandasının 20 şəhid xanımından ibarət kordinatorlar qrupu ilə silsilə tədbirləri axarlı olacaq.
Ömrümüz yetdikcə içimizdəki borcluluq hissimizi minnətdarlığa çevirdiyimiz bu yolda yürüməyə davam edəcəyik!”.
AzVision.az