Əsgərliyə getməməsi üçün özünü güllələdi - VİDEO

Əsgərliyə getməməsi üçün özünü güllələdi    - VİDEO
  21 Noyabr 2023    Oxunub:1837
Rusiya paytaxtında dəhşətli hadisə baş verib. Belə ki, 23 yaşlı Moskva sakini çağırış məktubu aldıqdan sonra atıcılıq klubunda intihar edib.
Hadisənin görüntüləri müəssisədəki müşahidə kameraları ilə anbaan qeydə alınıb.

Bildirilir ki, Marks adlı gənc “Vıstrel” klubunda intihar edib. O, ölümündən əvvəl dostlarına yazıb ki, çağırış vərəqəsi alıb, amma əsgərliyə getmək istəmir.

Faciədən az əvvəl Marksın dostları kluba zəng edərək işçilərə gəncin intihar niyyəti barədə xəbərdarlıq ediblər. Lakin heç kim onlara inanmayıb, işçilər bunun zarafat olduğunu düşünüblər.

Məlumata görə, Marks hərbi komissarlığa noyabrın 21-də getməli idi.

AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti