Rayon rəhbəri Andrey Tatarinov yayılan məlumatların doğruluğunu təsdiqləyərək veteranın ailəsinə və yaxınlarına başsağlığı verib.
Yelizaveta Nikiforovna 1919-cu ildə Volskda anadan olub. Böyük Vətən Müharibəsi başlayanda onun iyirmi yaşı tamam olmayıb. 1943-cü ildə Podolsk şəhərində snayper kurslarına göndərilib və sonradan, 1944-cü ildə cəbhədə uğurlu fəaliyyət göstərib. O, Qələbəni Köniqsberqdə qeyd edib.
“İgidliyə görə” medalı, II dərəcəli Vətən Müharibəsi ordeni və Jukov medalı ilə təltif edilmişdir.
Müharibədən sonra Volska qayan qadın təqaüdə çıxana qədər “Çement” qəzetinin redaksiyasında işləyib.
Tural Tağıyev
AzVision.az