Rusiyanın ən məşhur qatillərindən biri azadlıqda

   Rusiyanın ən məşhur qatillərindən biri azadlıqda
  27 Noyabr 2023    Oxunub:1643
Orexovskaya qrupunun ən məşhur qatillərindən biri, Al Kapone kimi tanınan Oleq Pronin 24 illik həbsdən sonra azadlığa çıxıb.
O, Rusiyada ən təhlükəli hesab edilən qatillər dəstəsinin üzvü olub. Oleq Pronin kriminal karyerasına 1990-cı illərin əvvəllərində Kemerovo şəhərindən Moskva vilayətinə köçdükdən sonra başlayıb.

Əvvəlcə qəsb və “müdafiə” sahəsində çalışıb, lakin tezliklə daha ağır cinayətlərə keçib. Pronin daha sonra Orexovo-Medvedkovski qrupu ilə birləşən dəstəyə qoşulub.

Pronin dostu Sergey Frolovu müdafiə edərək 1996-cı ilin iyulunda narkotik alverçilərinin lideri Mixail Mingazovu qətlə yetirib. Bu və digər cinayətlərə görə Pronin 22 qətldə təqsirli bilinib.

Lakin Al Kaponenin ən məşhur və şokedici hərəkəti xüsusi prokurorluğun böyük müstəntiqi Yuri Kerezə hücumu olub. 1998-ci il oktyabrın 20-də axşam saatlarında Pronin böyük müstəntiqi evinin yaxınlığında güllələyib. Bu, Orexovo-Medvedkovskaya qrupunun "sonunun başlanğıcı" oldu, çünki hüquq-mühafizə orqanarı özlərindən birinə belə bir hücumu cəzasız qoymadılar.

Al Kapone 24 il həbsdən sonra azadlığa çıxıb. Onun adı Rusiyanın kriminal tarixində ən təhlükəli və məşhur qatillərdən biri kimi qalacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti