“Bursaspor” fəaliyyətini dayandıra bilər

   “Bursaspor” fəaliyyətini dayandıra bilər
  28 Noyabr 2023    Oxunub:1177
Türkiyənin “Bursaspor” futbol klubu fəaliyyətini dayandıra bilər.
Bu barədə II Liqa təmsilçisinin prezidenti Recep Günay mətbuat konfransında məlumat verib. Funksioner bildirib ki, tarixi klub dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, “Bursaspor”un 1,5 milyard TL borcu var və kluba transfer qadağası qoyulub:

“UEFA və İdman Arbitraj Məhkəməsinə müraciət etmişik. Çıxarılacaq qərar əleyhimizə olarsa, xallarımız silinəcək. Klubun fəaliyyətini davam etdirmək şansı sıfıra bərabərdir”.

Qeyd edək ki, “Bursaspor” klubu 1963-cü ildə yaradılıb. Komanda 1986-cı ildə Türkiyə Kubokunun, 2009/2010-cu illər mövsümündə isə Superliqanın qalibi olub. Azərbaycan millisinin və “Sabah”ın yarımmüdafiəçisi Namik Ələskərov 2021/2022-ci illər mövsümündə Bursa təmsilçisinin formasını geyinib.

AzVision.az


Teqlər:





Xəbər lenti