5 BOKT-un vəzifəli şəxsləri cərimələnib

   5 BOKT-un vəzifəli şəxsləri cərimələnib
  29 Noyabr 2023    Oxunub:935
Azərbaycan Mərkəzi Bankı (AMB) 5 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.
AzVision.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "Azkredit" ASC-nin vəzifəli şəxsi 1 500 manat, "Asel Kredit” MMC-nin vəzifəli şəxsi 3 000 manat, "Finoko" ASC-nin vəzifəli şəxsi 4 500 manat, "TBC Kredit" MMC-nin vəzifəli şəxsi 6 000 manat və "PSG Finans” MMC-nin vəzifəli şəxsi 6 000 manat cərimə edilib.

"Qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməyib", - deyə məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti