İntizam Komitəsi "Neftçi"ni cərimələdi

İntizam Komitəsi "Neftçi"ni cərimələdi
  29 Noyabr 2023    Oxunub:1007
AFFA İntizam Komitəsi "Neftçi" klubunu 1300 manat cərimələyib.
AzVision.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ağ-qaralar" Premyer Liqanın XIV turunda "Araz-Naxçıvan"la matç (1:1) başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat cərimələnib.

Görüşün 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 500 manat cərimə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti