Keşlədə 4 yeniyetmə bıçaqlandı

   Keşlədə 4 yeniyetmə bıçaqlandı
  30 Noyabr 2023    Oxunub:761
Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti