Ekologiyaya zərər vuranlar cəzalandırılıblar

Ekologiyaya zərər vuranlar cəzalandırılıblar
  05 Dekabr 2023    Oxunub:1126
Yevlax rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax rayonu ərazisindəki tədbirlərlə sanitariya ve gigiyena qaydasının pozulması, tullantıların urnalardan kənara atılması halları da aşkarlanıb.

Ərazinin zibillənməsi halı ilə bağlı üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinə əsasən qaydada protokollar tərtib olunub.

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları da ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan ümumilikdə 11 nəfər şəxs müəyyən olunub.

Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
AzVision.az



Teqlər:





Xəbər lenti