Şamaxı və İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər

Şamaxı və İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər
  05 Dekabr 2023    Oxunub:878
Qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, Şamaxı və İsmayıllı rayonlarında da bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində Şamaxı rayon sakini tapdığı, İsmayıllı rayon sakini isə qanunsuz olaraq özündə saxladığı ov tüfəngini könüllü olaraq ərazi polis şöbələrinə təhvil veriblər.
AzVision.az



Teqlər:





Xəbər lenti