Vələs və fıstıq ağaclarını kəsən şəxslər saxlanılıblar - FOTO
Bildirilib ki, İsmayıllı rayonunun Zərnava kəndində meşə fonduna daxil olan ərazidə 20-yə yaxın vələs və fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ağacları kəsən üç nəfər rayon sakini müəyyən olunub.
Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.
AzVision.az
Teqlər: Ağac